Qəzza şagirdləri müharibədən sonra təhsilə qayıdır
Qəzzada minlərlə şagird müharibənin dağıtdığı binaların və yolların arasından keçərək təhsilə qayıdıb.
Crossmedia.az xəbər verir ki, Qəzzada Təhsil və Ali Təhsil Nazirliyi bu barədə məlumat yayıb.
Səhər saatlarından etibarən minlərlə şagird dağıdılmış binalar və ağır zədələnmiş yolların arasından keçərək təhsil aldıqları məkanlara gedib. Şagirdlərin böyük hissəsi müharibədən əvvəlki illərdə olduğu kimi yeni məktəb forması geyinə, çanta və dəftərxana ləvazimatları əldə edə bilməyib.
Qəzzada ailələrin əksəriyyəti müharibə illərində gəlir mənbələrini itirdiyindən bazarda məhdud sayda olan təhsil ləvazimatlarını belə almaqda çətinlik çəkir.
Qəzzada Təhsil və Ali Təhsil Nazirliyi uşaqların təxminən üç illik fasilədən sonra “dağıntıların içində” təhsilə qayıtdığını bildirib. Nazirlik yeni tədris ilinin xüsusi şəraitdə başladığını və müharibənin yaratdığı itkilərə baxmayaraq təhsil prosesinin bərpasının ümid yaratdığını qeyd edib.
Qəzzada bir sıra təhsil məntəqələri və özəl məktəblərdə dərslərin başlamasından bir həftədən çox sonra dövlət məktəblərində də tədris bərpa olunub. Yeni tədris ili BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinə (UNRWA) bağlı məktəblərdə də davam etdirilir.
22:15 19.09.2026
Oxunuş sayı: 38