Con Mearsheimer Ukraynanın cəbhədə ciddi çətinliklərlə üzləşdiyini bildirib
Ukrayna ordusunun cəbhədə vəziyyətinin ağır olduğu və ABŞ-lə Avropanın Kiyevə kifayət qədər yardım göstərə bilmədiyi iddia edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mearsheimer YouTube kanalında yayımlanan müsahibəsində danışıb.
Mearsheimer bildirib ki, Ukraynanın “Patriot” hava hücumundan müdafiə raketlərinə ehtiyacı var, lakin onların əldə edilməsi ilə bağlı ciddi çətinliklər yaşanır. Onun sözlərinə görə, Ukrayna hər il Qərbdən böyük həcmdə maliyyə dəstəyindən asılıdır.
Professor həmçinin qeyd edib ki, Odessa üzərində nəzarətin itirilməsi Ukraynanın iqtisadi və hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər. O, Ukrayna qoşunlarının şəxsi heyət çatışmazlığı səbəbindən cəbhə xəttini saxlamaqda çətinlik çəkdiyini də bildirib.
Mearsheimer daha əvvəl Rusiya qüvvələrinin Ukrayna ordusunun təchizat xətlərini təcrid etdiyini və Kiyevin bunun qarşısını almaqda çətinlik çəkdiyini deyib.
21:54 19.09.2026
Oxunuş sayı: 39