Çin ABŞ-nin Rusiya və İrana qarşı sanksiyalarını pislədi
Çin ABŞ-nin Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirən qanunu qəbul etməsinə etiraz edib.
Crossmedia.az xəbər verir ki, Çin Ticarət Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin sözçüsü bildirib ki, Pekin BMT-nin icazəsi və beynəlxalq hüquqi əsası olmayan birtərəfli sanksiyalara, eləcə də digər ölkələrə qarşı tətbiq edilən ikinci dərəcəli sanksiyalara qarşıdır.
Çin tərəfi ABŞ-nin bundan sonrakı addımlarını diqqətlə izləyəcəyini və ölkənin suverenliyini, inkişaf maraqlarını, eləcə də Çin şirkətlərinin qanuni hüquqlarını qorumaq üçün zəruri tədbirlər görmək hüququnu saxladığını açıqlayıb.
Məlumata görə, ABŞ-də qəbul edilən qanun Rusiyaya qarşı sanksiyaları genişləndirir, İrana qarşı bəzi sanksiyaların müddətini uzadır və Rusiya nefti və ya qazını idxal edən üçüncü ölkələrə 100 faizə qədər ikinci dərəcəli tariflərin tətbiqinə imkan verir.
21:02 19.09.2026
Oxunuş sayı: 48