Rusiya rusofob və neonasist qüvvələrlə dialoq aparmayacağını açıqladı
Rusiya rusofob, irqçi və neonasist ideologiyanı təbliğ edən şəxsləri tərəfdaş və həmsöhbət kimi qəbul etmir.
Crossmedia.az xəbər verir ki, “Tass” bu barədə məlumat yayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Moskva rusofob siyasət yürüdən qüvvələrə qarşı çıxır və bu mövqedə olan şəxslərlə tərəfdaşlıq etmir.
Zaxarova qeyd edib ki, Rusiyaya ölkəyə müsbət münasibətlə gələn insanlara isə “açıq qucaqla” yanaşılır. Diplomat belə şəxslərin təzyiqlər qarşısında göstərdikləri cəsarətin Rusiya tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Zaxarova daha əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyada keçirilən Dövlət Duması seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı çağırışını da şərh edib.
19:20 19.09.2026
Oxunuş sayı: 42