Moskva istiqamətində daha beş Ukrayna dronunun vurulduğu açıqlanıb
Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına doğru uçan daha beş Ukrayna PUA-sının hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta” bu barədə məlumat yayıb.
Sobyaninin sözlərinə görə, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmətlərin əməkdaşları işləyir. O, hadisə ilə bağlı digər təfərrüatları açıqlamayıb.
Moskva merinin daha əvvəl verdiyi məlumata görə, sentyabrın 12-dən 19-dək Moskva vilayəti istiqamətində 2022 pilotsuz uçuş aparatı hərəkət edib. Onlardan 186-sının Moskva yaxınlığında, əksəriyyətinin isə daha uzaq məsafədə məhv edildiyi bildirilib.
Rusiya tərəfinin məlumatına görə, sentyabrın 19-na keçən gecə ölkənin 16 regionu və Qara dəniz üzərində 300-dən çox Ukrayna PUA-sı məhv edilib. Bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır.
19:13 19.09.2026
Oxunuş sayı: 41