Aİ-dən ABŞ-ə çağırış - bu qərarınıza yenidən baxın
Avropa İttifaqı (Aİ) ABŞ-ni Fələstin nümayəndə heyətinin Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak etməsi üçün vizaların verilməsindən imtina qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsinin bəyanatında bildirilib.
“BMT-nin qərargahının yerləşdirilməsi ilə bağlı mövcud razılaşmaları və ABŞ-nin ev sahibi ölkə kimi öhdəliklərini nəzərə alaraq, bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”, — deyə bəyanatda qeyd olunub.
ABŞ hakimiyyəti artıq ikinci ildir ki, Fələstin nümayəndələrinə qarşı viza məhdudiyyətlərini davam etdirir. Bildirilir ki, bu çərçivədə Fələstin prezidenti Mahmud Abbasa da ABŞ vizasının verilməsindən imtina edilib.
18:05 19.09.2026
Oxunuş sayı: 38