Almaniya və ABŞ-dən MÜDAFİƏ ƏMƏKDAŞLIĞI MESAJI
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, F-35 qırıcılarının alınması ilə bağlı ABŞ ilə əməkdaşlıq Almaniyanın müdafiə sahəsindəki tərəfdaşlığını daha da gücləndirəcək.
Crossmedia.az xəbər verir ki, Pistorius bu barədə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Almaniya ABŞ ilə sıx müdafiə əməkdaşlığını davam etdirəcək və azadlığı mümkün edən sülhün qorunmasına çalışacaq.
Pistorius qeyd edib ki, Almaniya amerikalı müttəfiqləri ilə birlikdə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini gücləndirəcək.
15:03 19.09.2026
Oxunuş sayı: 49