Suriyada Rusiya bazalarının taleyi dəyişir
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Latakiya Beynəlxalq Hava Limanına baş çəkib və Rusiyanın Suriyanın sahil bölgəsindəki mövcudluğunu tənzimləyən razılaşmanın icrası ilə bağlı Rusiya rəsmiləri ilə danışıqlar aparıb.
Crossmedia.az xəbər verir ki, görüşlər zamanı Rusiyanın Hmeymim aviabazası və Tartus limanı ilə bağlı məsələlər müzakirə olunub.
Razılaşmaya əsasən, mülki obyektlərin idarəçiliyinin Suriya tərəfinə verilməsi, hərbi obyektlərin statusunun isə birgə təlim mərkəzləri kimi yenidən müəyyənləşdirilməsi nəzərdə tutulur.
12:55 19.09.2026
Oxunuş sayı: 73