ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 TRİLYON DOLLARI KEÇDİ
ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini keçib.
Crossmedia.az xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ-nin dövlət borcu bu göstəriciyə avqustun 19-da çatıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən, borcun 40 trilyon dolları keçməsi ölkənin maliyyə öhdəliklərinin rekord səviyyəyə yüksəldiyini göstərir. 2025-ci maliyyə ilinin sonunda borcun ümumi məbləği 37,5 trilyon dollar təşkil edirdi.
Reuters yazır ki, ABŞ-də dövlət borcunun sürətli artımı uzunmüddətli borclanma xərclərinin yüksəlməsi fonunda baş verir. 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi də son dövrdə 5 faizə yaxınlaşıb.
Borcun artması faiz ödənişlərinin də yüksəlməsinə səbəb olur. Məlumata görə, 2025-ci ildə ABŞ federal hökumətinin xalis faiz ödənişləri gəlirlərin 18,5 faizinə çatıb və təxminən 1,25 trilyon dollar təşkil edib.
Beləliklə, ABŞ-nin dövlət borcunun 40 trilyon dolları keçməsi ölkənin maliyyə siyasəti və borclanma xərcləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.
10:31 19.09.2026
Oxunuş sayı: 53