PKK liderinə Türkiyədə yeni vəzifə verildi
Türkiyə Prezidenti Baş müşaviri Mehmet Uçum Abdullah Öcalanın Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyasında vəzifə alacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Mehmet Uçum bu barədə “Terörsüz Türkiye” prosesi ilə bağlı açıqlamasında məlumat verib.
Uçumun sözlərinə görə, Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında qanun çərçivəsində yaradılan İzləmə və Qiymətləndirmə Şurasının tərkibində dörd alt komissiya formalaşdırılıb. Onlardan biri Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyasıdır.
PKK lideri Abdullah Öcalanın məhz bu komissiyada proses çərçivəsində vəzifə alacağını bildirib. Onun sözlərinə görə, bu addım Öcalanın prosesdə üzərinə düşən rolu yerinə yetirməsi üçün nəzərdə tutulub.
Türkiyə rəsmisi İmralıda Öcalan üçün tikilən yaşayış məkanının həbsxanaya bağlı əlavə bölmə olduğunu da bildirib. Uçum bunun azadlığa buraxılma anlamına gəlmədiyini, Öcalanın proses çərçivəsində fəaliyyətini daha rahat həyata keçirməsi üçün yaradılmış imkan olduğunu vurğulayıb.
Uçum həmçinin prosesin PKK-nın ləğvi və silahlı fəaliyyətin sona çatdırılması məqsədi daşıdığını qeyd edib.
09:59 19.09.2026
Oxunuş sayı: 59