Assal Nasri 15 ildən sonra Dəməşq səhnəsinə qayıtdı
Suriyalı müğənni Assal Nasri təxminən 15 illik fasilədən sonra Dəməşqdə konsert proqramı ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Şamda doğulan sənətçi 2011-ci ildə başlayan Suriya inqilabının ilk günlərindən etibarən ölkə əhalisinin azadlıq tələblərini dəstəkləyib və Bəşər Əsəd rejiminin siyasətinə etiraz edib. Bu mövqeyinə görə Nasri müxtəlif təzyiqlərlə üzləşib və Suriya Sənətçilər İttifaqından xaric edilib.
Sənətçi Suriyadan ayrıldıqdan sonra təxminən 15 il ərzində ölkəsində səhnəyə çıxmasa da, çıxışlarında və mahnılarında Suriya mövzusunu gündəmdə saxlayıb. 2012-ci ildə Tunisdə keçirilən Kartaca Musiqi Festivalında əlində Azad Suriya bayrağı ilə səhnəyə çıxaraq Suriya xalqına dəstəyini nümayiş etdirib.
Nasrinin Dəməşqə dönüşü “Assalın dönüşü” kampaniyası çərçivəsində təşkil olunan konsertlərlə baş tutub. İlk çıxışında sənətçi “Suriya Cənnət” mahnısını səsləndirib və repertuarına əvvəlki illərdə ifa etdiyi əsərləri də daxil edib.
2024-cü ilin dekabrında yayımladığı “Suriya Cənnət” mahnısında birlik və yenidənqurma mesajı verən Nasri 2026-cı ildə isə məhbusların, itkinlərin və onların ailələrinin yaşadığı ağrılardan bəhs edən əsərlər ifa edib.
Onun Dəməşqə qayıdışı Suriyadakı keçmiş siyasi mövqeyi səbəbindən müxtəlif reaksiyalara da səbəb olub. Konsertdən əvvəl bəzi qruplar tədbirin ləğv edilməsini tələb etsə də, Mədəniyyət Nazirliyi konsertə dəstəyini davam etdirib.
02:30 19.09.2026
Oxunuş sayı: 49