Aleksandr Vuçiç Avropanı gözləyən “cəhənnəm ssenarisi” barədə xəbərdarlıq etdi
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqını enerji təchizatı ilə bağlı ciddi problemlərin gözləyə biləcəyi barədə Polşa və Çexiya baş nazirlərinin proqnozları ilə razılaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Aleksandr Vuçiç bu barədə “Facebook” səhifəsində paylaşım edib.
Vuçiçin sözlərinə görə, Almaniya və Avstriyada yanacağın qiymətlərinə nəzər saldıqda Avropanın qarşısında ciddi çağırışların olduğu görünür. O bildirib ki, yaranmış vəziyyət fonunda Serbiya əlavə qərarlar qəbul etməli, o cümlədən ehtiyatlarından daha çox yanacaq bazara çıxarmalıdır.
Məlumata görə, Almaniyada dizel yanacağının orta qiyməti litr üçün 2,471 avroya çatıb. “Bild” nəşri yüksək qiymətləri Yaxın Şərq və Fars körfəzində hərbi əməliyyatların genişlənməsi ilə əlaqələndirib.
22:28 18.09.2026
Oxunuş sayı: 38