Səudiyyə Ərəbistan Avropaya neft tədarükünü dayandırır
Saudi Aramco oktyabr ayında ən azı iki Avropa neft emalı zavoduna xam neft tədarük etməyəcək.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, qərar Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxışı təmin edən “Şərq-Qərb” neft kəmərinin hücum nəticəsində fəaliyyətini dayandırmasından sonra qəbul edilib. Kəmərin bağlanması Avropaya neft tədarükündə ciddi çətinliklər yaradıb.
Mənbələrin bildirdiyinə görə, Avropadakı müştərilər adətən Səudiyyə neftini aylıq sabit tədarük müqavilələri əsasında alırlar. Lakin oktyabr ayında bu tədarüklərin ən azı iki emal müəssisəsinə həyata keçirilməyəcəyi bildirilir.
“Şərq-Qərb” kəmərinin yaxın günlərdə qismən bərpa ediləcəyi, tam gücü ilə fəaliyyətə qayıtmasının isə təxminən altı həftə çəkə biləcəyi qeyd olunur.
19:07 18.09.2026
Oxunuş sayı: 40