Türkiyə Mahan Air-in İrana uçuşlarını dayandırır
Türkiyə ABŞ-nin Mahan Air-ə xidmət göstərən üç türk şirkətinə sanksiya tətbiq etməsindən sonra İranın bu aviaşirkətinin ölkəyə uçuşlarını sentyabrın 21-dən dayandıracaq.
Crossmedia.az xəbər verir ki, “Middle East Eye” bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-nin sanksiyalarına Mahan Air ilə əməkdaşlıq edən “Sky Phoenix Airways”, “S Sistem Logistics” və “MES Cargo” şirkətləri düşüb. Vaşinqton bu şirkətləri Mahan Air-ə təyyarə, logistika və digər xidmətlərin göstərilməsində ittiham edib.
Ankara qərarın digər İran aviaşirkətlərinə şamil olunmadığını bildirib. Mahan Air isə sentyabrın 21-dən Türkiyə ilə yanaşı Gürcüstan və Omana uçuşlarını da dayandıracağını açıqlayıb.
Mahan Air-in İstanbul və Ankara ilə Tehran arasındakı son reyslərinin sentyabrın 20-də həyata keçirilməsi gözlənilir.
19:01 18.09.2026
Oxunuş sayı: 42