Azərbaycan Fransaya karbamid tədarük etməyə başlayıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 88,2 milyon ABŞ dolları dəyərində 213 min 109 ton karbamid ixrac edib.
Crossmedia.az-a Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 37 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 42,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % az) 109 min 911 ton (-58 %), Cənubi Afrikaya (CAR) 14,4 milyon ABŞ dolları dəyərində 30 min 949 ton (1 il əvvəl tədarük olmayıb), Hindistana 9 milyon ABŞ dolları dəyərində 14 min 244 ton (1 il əvvəl tədarük olmayıb), Fransaya 5,7 milyon ABŞ dolları dəyərində 19 min 62 ton, Rumıniyaya 5 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 14 min 485 ton (+2,9 dəfə) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Fransaya tədarük həyata keçirilib.
2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.
17:37 18.09.2026
Oxunuş sayı: 42