Makronun həyat yoldaşının cinsiyətini araşdıran jurnalist öldü
Fransız jurnalist Nataşa Rey sentyabrın 13-də 55 yaşında xərçəng xəstəliyindən vəfat edib. Onun ölümü barədə jurnalist Xavier Pussard sosial şəbəkədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Rey 2021-ci ildə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun cinsiyyəti ilə bağlı təsdiqlənməmiş iddialar irəli sürən araşdırması ilə tanınmışdı. O, Brijit Makronun transgender olduğunu iddia etmiş, bu açıqlamalar məhkəmə prosesinə səbəb olmuşdu.
2024-cü ildə Paris məhkəməsi Rey və Amandin Ruanu böhtanda təqsirli bilib. Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi Reyi bəraət qazandırıb.
Reyin vəkili Fransua Dangleanın sözlərinə görə, jurnalist məhkəmə prosesində tam bəraət əldə edib.
Reyin ölüm səbəbi kimi xərçəng xəstəliyi göstərilir. Onun dəfn mərasiminin Fransanın Sent şəhərində keçirildiyi bildirilib.
17:09 18.09.2026
Oxunuş sayı: 47