Pakistan İrandan bu hücumların dayandırılmasına təsir göstərməsini istədi
Pakistan İran rəhbərliyindən husilərin Səudiyyə Ərəbistanına və ölkənin enerji infrastrukturuna hücumlarını dayandırmasına təsir göstərməsini istəyib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Məlumata görə, Pakistan ordusunun Baş Qərargah rəisi Asim Münir bir neçə dəfə İran rəhbərliyinə müraciət edərək “Ənsar Allah” hərəkatına (husilərə) təsir göstərmələrini və hücumların dayandırılmasına nail olmalarını xahiş edib.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Münir bununla bağlı İslamabadın Ər-Riyada qarşı öhdəliklərinə istinad edib, lakin konkret təhdid irəli sürməyib.
Pakistan aprel ayında Səudiyyə Ərəbistanının şərqindəki aviabazaya qırıcı təyyarələr yerləşdirib. İslamabad 2015-ci ildə Ər-Riyadın Yəmənə endirdiyi hava zərbələrində iştirakdan imtina etmişdi. Lakin ölkənin hazırkı maliyyə çətinliklərinin Səudiyyə Ərəbistanı qarşısında müttəfiqlik öhdəliklərindən bundan sonra da yayınmasını çətinləşdirə biləcəyi bildirilir.
16:27 18.09.2026
Oxunuş sayı: 44