Kremlə yaxın qurumdan Ermənistanla bağlı SƏRT AÇIQLAMA
Rusiya Ermənistan hakimiyyətinin ölkədəki rus aktivlərini dəyərdən salaraq onların sahiblərini bu aktivlərdən imtina etməyə məcbur etməyə çalışdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katib müavini Aleksey Şevtsov bu barədə açıqlama verib.
Şevtsov bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Rusiya sənaye və infrastruktur müəssisələrinin növbəti hədəfə çevrilə biləcəyinə dair əlamətlər qeydə alınır.
Onun sözlərinə görə, həmin müəssisələrin kifayət qədər maliyyələşdirilməməsi, investisiya mühitinə mənfi təsiri, fəaliyyətinin ekologiyaya zərər vurması və əməkhaqlarının aşağı olması ilə bağlı fikirlər gündəmə gətirilir.
Şevtsov iddia edib ki, bu yanaşmanın məqsədi Rusiya aktivlərinin dəyərini azaltmaq və onların sahiblərini həmin aktivlərdən imtina etməyə məcbur etməkdir.
15:09 18.09.2026
Oxunuş sayı: 42