Qalibaf: Birqütblü dünya nizamının dövrü başa çatıb
İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf birqütblü dünya nizamının başa çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “IRNA” bu barədə məlumat yayıb.
Qalibafın sözlərinə görə, bir tərəfin güc və təzyiq yolu ilə digər tərəfdən güzəştlər əldə etdiyi birqütblü dünya nizamı artıq başa çatıb.
O qeyd edib ki, Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsi qurumun siyasi məqsədlər üçün istifadəsinin qarşısını alıb və hüququn aliliyi prinsipini təsdiqləyib.
“Biz çoxtərəfli yanaşmanı müdafiə etməliyik. Birtərəfli siyasət heç kimin maraqlarına cavab vermir”, – deyə Qalibaf bildirib.
12:10 18.09.2026
Oxunuş sayı: 43