Zaporojyedə ticarət obyektinə zərbə endirilib
Ukraynanın Zaporojye vilayətində zərbə nəticəsində şəhərin sağ sahilində yerləşən supermarketə ziyan dəyib və ərazidə güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, Zaporojye vilayət hərbi administrasiyası bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə axşam saatlarında baş verib. Zərbə nəticəsində ticarət obyektində genişmiqyaslı yanğın qeydə alınıb.
Hazırda hadisə yerində işlər davam etdirilir. Yaralanan və ya ölənlərin olub-olmaması dəqiqləşdirilir.
11:51 18.09.2026
Oxunuş sayı: 41