Paşinyan Almaniyaya gedir - MÜKAFAT ALACAQ
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessen Sülh Mükafatına layiq görüləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat yayılıb.
Mükafatın təqdimetmə mərasimi Paşinyanın Almaniyaya səfəri çərçivəsində Visbadendə, Hessen federal torpağının parlamentində keçiriləcək.
Mərasim zamanı baş nazirə Cənubi Qafqazda sülhün təmin olunmasına yönəlmiş fəaliyyətinə görə Hessen Sülh Mükafatı təqdim ediləcək.
09:17 18.09.2026
Oxunuş sayı: 47