Neftin qiyməti 3%-dən çox ucuzlaşdı
Neftin qiyməti Yaxın Şərqdə tədarükün kəskin şəkildə pozulacağı ilə bağlı narahatlıqların azalması fonunda cümə axşamı 3 faizdən çox düşüb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
“Brent” markalı neftin bir barrelinin qiyməti 3,5 faiz azalaraq 102,10 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) nefti isə 3,1 faiz ucuzlaşaraq 99,31 dollara düşüb. Beləliklə, WTI-nin qiyməti 100 dollarlıq həddin altına enib.
Qiymətlərin geriləməsinə neft ixracı üçün alternativ marşrutların yaranması və zədələnmiş infrastrukturun bərpası perspektivinin tədarük çatışmazlığı ilə bağlı narahatlıqları azaltması təsir göstərib. Bununla belə, Yaxın Şərqdə vəziyyətin qeyri-müəyyən qalması neft bazarında dəyişkənliyi yüksək səviyyədə saxlayır.
Hörmüz boğazı isə qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biri olduğuna görə bazar üçün mühüm risk olaraq qalır. Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiya neft emalı zavodlarına hücumların davam etməsi də emal olunmuş neft məhsulları bazarına əlavə təzyiq göstərir.
08:40 18.09.2026
Oxunuş sayı: 48