Ukrayna yaxın vaxtlarda ballistik raketlərə qarşı öz müdafiə sisteminə sahib olmayacaq
Ukrayna yaxın qışda ballistik raketlərin qarşısının alınması üçün tamamilə öz imkanlarına arxalana bilməyəcək və ölkənin bu sahədə tərəfdaşlarından asılılığı bir müddət də davam edəcək.
Crossmedia.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Roman Kostenko bu barədə açıqlama verib.
Kostenko bildirib ki, Ukraynanın müstəqil ant-ballistik müdafiə imkanlarının yaradılması yaxın perspektivin məsələsi deyil. Onun sözlərinə görə, ölkə ən azı qarşıdakı qışda ballistik raketlərin qarşısının alınmasında tərəfdaşlarının dəstəyinə ehtiyac duyacaq.
Deputat hazırkı mərhələdə əsas diqqətin Rusiyanın ballistik raket daşıyıcılarının və onların buraxılış mövqelərinin məhv edilməsinə yönəldilməli olduğunu qeyd edib.
21:29 17.09.2026
Oxunuş sayı: 45