Pakistan Məkkə razılaşması üzrə öhdəliyini yerinə yetirəcəyini açıqladı
Pakistanın müdafiə naziri Xavaca Asif Məkkə ərazisi yaxınlığında baş verdiyi ehtimal edilən dron hücumunun vəziyyəti Məkkə Birgə Müdafiə Sazişinin icrasını zəruri edən mərhələyə gətirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Asif Məkka razılaşmasının Pakistana da şamil olunduğunu və ölkəsinin bu çərçivədə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyini deyib. O, sazişin konkret detallarını açıqlamaqdan imtina edib.
Nazir bildirib ki, Pakistan Məkkə və Mədinənin müdafiəsini hər hansı rəsmi razılaşmanın mövcudluğundan asılı olmayaraq dini borc hesab edir. Onun sözlərinə görə, Məkkə hücuma məruz qalarsa, şəhərin müdafiəsi üçün ayrıca razılaşmaya ehtiyac olmayacaq.
21:24 17.09.2026
Oxunuş sayı: 215