Səudiyyə Ərəbistanından husilərlə bağlı atəşkəs təşəbbüsü
Səudiyyə Ərəbistanının Oman vasitəçiliyi ilə Yəməndə husilərlə iki həftəlik atəşkəsə nail olmaq üçün təşəbbüs göstərdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Al Mayadeen” bu barədə məlumat yayıb.
Məlumata görə, Ər-Riyad Omanı vasitəçi kimi cəlb edərək Səna ilə iki həftəlik atəşkəsin əldə olunmasını istəyib.
Təklif olunan müddət ərzində əsas diqqətin Yəməndəki humanitar vəziyyətin həlli ilə bağlı danışıqlara yönəldiləcəyi qeyd olunur.
Mənbənin bildirdiyinə görə, Səudiyyə tərəfi təklif olunan atəşkəs müddətində Yəməndə humanitar məsələlərlə bağlı razılaşmanın elan edilməsinə hazır olduğunu bildirib.
21:05 17.09.2026
Oxunuş sayı: 47