Serbiyada İsrail istehsalı hərbi dronların yığılmasına başlanıldı
Serbiya Prezidenti Aleksandar Vuçiç İsrail texnologiyası əsasında hərbi dronların yığılacağı yeni müəssisənin fəaliyyətə başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Müəssisədə təxminən 100 nəfərin çalışacağı və istehsal olunan dronların həm Serbiya ordusu, həm də digər ölkələrin silahlı qüvvələri üçün nəzərdə tutulduğu bildirilib.
Vuçiç Serbiyada İsrail tərəfdaşlarının iştirakı ilə daha azı üç müəssisənin yaradılmasının planlaşdırıldığını da açıqlayıb. Müəssisə Serbiyanın dövlət silah istehsalçısı Yugoimport SDPR və İsrailin “Elbit Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
20:58 17.09.2026
Oxunuş sayı: 44