Bihar daşqınında yardım izdihamı
Hindistanın Bihar ştatında daşqınlardan zərər çəkən insanlara yardım məqsədilə Haryana ştatından bir nəfər meyvə qutuları ilə bölgəyə gedib. Lakin yardım paylanarkən yaranan izdiham gözlənilməz mənzərəyə səbəb olub.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri “Har Maidaan Fateh Society” qeyri-hökumət təşkilatının prezidenti Sahaj Duggal “Instagram” hesabında paylaşıb.
Videoda Duggal və komandasının meyvələri ehtiyacı olan insanlara çatdırmaq üçün əraziyə gəldiyi, lakin izdihamın qutulara hücum etdiyi görünür. İnsanlar qutuların üzərinə çıxaraq əllərinə meyvələri doldurub ərazidən uzaqlaşıblar.
Hadisə zamanı yaranan xaotik görüntülər yardım təşəbbüsünün təşkilatçılarını məyus edib. Məlumata görə, sözügedən yardım “seva” təşəbbüsü çərçivəsində həyata keçirilib.
15:59 17.09.2026
Oxunuş sayı: 43