Finlandiyanın ilk F-35 qırıcıları ölkəyə yola düşüb
Finlandiyanın ABŞ-dən sifariş etdiyi F-35 qırıcılarının ölkənin Laplandiyadakı hava qüvvələri bazasına planlaşdırılandan daha əvvəl gətirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Iltalehti”nin məlumatına görə, Finlandiyanın təhlükəsizlik və xarici siyasət sahəsindəki mənbələri ilk F-35 qırıcılarının ölkəyə çatdığını təsdiqləyib. Daha əvvəl qırıcıların Rovaniemi aviabazasına oktyabr ayına qədər gətiriləcəyi bildirilirdi.
Finlandiya Hərbi Hava Qüvvələrinin komandanı Timo Herranen qırıcıların mümkün qədər tez xidmətə cəlb edilməsi ilə bağlı tapşırıq verdiyini bildirib. Məlumata görə, təyyarələrin Finlandiyaya köçürülməsini ABŞ pilotları həyata keçirir.
22:57 16.09.2026
Oxunuş sayı: 51