Hindistanda rusiyalı dənizçilərlə bağlı vəziyyət gərginləşib
Hindistan hakimiyyəti may ayından həbsdə saxlanılan “Unity” tankerindəki rusiyalı dənizçilərlə bağlı vəziyyətə müdaxilə edir.
Crossmedia.az xəbər verir ki, Hindistan hökumətindəki mənbə TASS-a bildirib ki, məsələ ilə bağlı müvafiq tədbirlər görülür və Hindistan tərəfi Nyu-Dehlidəki Rusiya səfirliyi ilə əlaqə saxlayır.
Kamerun bayrağı altında üzən tanker mayın 11-dən Hindistanın Paradip limanından təxminən 12 mil məsafədə lövbərdə saxlanılır. Gəmidə 19 rusiyalı dənizçinin olduğu, əvvəlcə ərzaq və içməli su çatışmazlığı, rabitə problemləri və texniki nasazlıqlarla üzləşdikləri bildirilir. Hazırda məişət şəraitinin qismən yaxşılaşdırıldığı, lakin gəminin mühərriki və bəzi naviqasiya sistemlərində nasazlıqların qaldığı qeyd olunur.
19:24 16.09.2026
Oxunuş sayı: 45