ÇSKA futbolçusu iki oyundan kənarlaşdırıldı
Moskva ÇSKA-nın futbolçusu Mateus Reys Rusiya çempionatında iki oyunda iştirakdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının (RPL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu Rusiya çempionatının növbəti iki qarşılaşmasında komandasında çıxış edə bilməyəcək.
18:12 16.09.2026
Oxunuş sayı: 50