Putin bu gün rusiyalılara müraciət edəcək
Rusiya Prezidenti Vladimir Putin bu gün Dövlət Dumasına seçkilər öncəsi rusiyalılara müraciət edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident saat 18:00-da (Bakı vaxtı ilə 19:00) qarşıdan gələn ümumi parlament seçkiləri ilə bağlı xalqa televiziya vasitəsilə müraciət etməyi planlaşdırır”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən - 20-nə kimi keçiriləcək.
15:27 16.09.2026
Oxunuş sayı: 46