Hörmüz boğazında GƏRGİNLİK: istənilən gəmiyə zərbə endirilə bilər?
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri regiondakı bütün gəmiləri izlədiyini və qərar veriləcəyi təqdirdə istənilən gəmiyə zərbə endirmək imkanına malik olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini Əli Məhəmmədi bu barədə açıqlama verib.
Məhəmmədinin sözlərinə görə, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində hərəkət edən heç bir gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin müşahidəsindən kənarda deyil.
O bildirib ki, İran qüvvələri istənilən gəmini hədəfə almaq imkanına malikdir və bununla bağlı qərar qəbul ediləcəyi təqdirdə müvafiq addım atıla bilər.
Əli Məhəmmədi daha əvvəl də Hörmüz boğazı ilə bağlı açıqlamalar verərək ABŞ-nin boğaz üzərində nəzarət iddiasını rədd edib. Son günlər regionda gəmiçiliklə bağlı gərginlik davam edir və Hörmüz boğazından keçən gəmilərin sayı əvvəlki göstəricilərlə müqayisədə kəskin azalıb.
14:02 16.09.2026
Oxunuş sayı: 49