Ermənistan və ABŞ hərbi əməkdaşlığı müzakirə edib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasının komandanı general-mayor Tomas Şnayderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı Ermənistan Silahlı Qüvvələri ilə Kanzas Milli Qvardiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin peşəkar çavuşların hazırlanması, “Eagle Partner” hərbi təlimlərinin keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
13:19 16.09.2026
Oxunuş sayı: 51