Xəbər hazırlayırdılar, özləri xəbər oldular - Ölənlər var
ABŞ-də Los-Anceles yaxınlığında NBC4 telekanalının xəbər xidmətinə məxsus helikopter reportaj çəkərkən qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində azı üç nəfər həlak olub, daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı çəkiliş qrupu havadan avtobusun iştirakı ilə baş verən böyük yol qəzasını işıqlandırıb. Reportaj çəkən helikopter qəfil yerə düşüb.
Los-Anceles Yanğınsöndürmə Xidmətinin məlumatına görə, həlak olanlardan birinin helikopterin yerə düşdüyü vaxt yerdə olduğu ehtimal edilir.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə yerində təcili xidmət əməkdaşları və müstəntiqlər çalışır.
13:18 16.09.2026
Oxunuş sayı: 47