Zelenskidən AÇIQLAMA: “Bu müharibədə qalib olmayacaq”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç birinin qələbə qazana bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, CBC News bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, müharibədəki insan itkilərinin miqyası hər iki tərəf üçün qələbə ehtimalını mümkünsüz edir.
“Düzünü desəm, bu müharibədə hər iki tərəf üçün qələbə ola bilməz. Bu qədər insan itkisinin olduğu şəraitdə bu mümkün deyil. Bu, aramızdakı müharibənin ilk günündən etibarən mümkün olmayıb”, – deyə o bildirib.
Zelenski qeyd edib ki, hazırda əsas qələbə döyüşlərin dayandırılması olmalıdır.
“Dünya üçün qələbə sülhdür. Bu müharibəni dayandırmaqdır. İnsan həyatı üçün qələbə budur”, – Ukrayna Prezidenti vurğulayıb.
10:13 16.09.2026
Oxunuş sayı: 47