Qazaxıstandan İKİNCİ ATOM STANSİYASI ilə bağlı mühüm açıqlama
Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı potensial təchizatçılarla danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında bu barədə məlumat verib.
Onun sözlərinə görə, ölkənin nüvə proqramı çərçivəsində ilk AES-in tikintisinə hazırlıq işləri davam edir.
Qumar Serqazin bildirib ki, eyni zamanda ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparılır.
Qazaxıstanın Atom Enerjisi Agentliyinin nümayəndəsi ikinci AES-in tikintisi üzrə danışıqların hazırda davam etdiyini qeyd edib.
09:30 16.09.2026
Oxunuş sayı: 59