Britaniyada oğurlanan telefonlara qarşı yeni qayda hazırlana bilər
Britaniya hökuməti mobil telefon oğurluqlarının azalacağı təqdirdə istehsalçıların cihazlara oğurluğa qarşı xüsusi qoruma sistemləri əlavə etməsini məcburi edə bilər.
Crossmedia.az xəbər verir ki, polis məsələləri üzrə nazir Sara Cons oğurluqların sayında kifayət qədər azalma olmayacağı halda hökumətin qanunvericilik yolu ilə müdaxilə edə biləcəyini bildirib. Hazırda Daxili İşlər Nazirliyi oğurluqların qarşısını almaq üçün texnologiya şirkətləri ilə əməkdaşlıq edir.
London polisi daha əvvəl hökuməti oğurlanan telefonların istifadəsini tamamilə mümkünsüz edən mexanizmlərin tətbiqinə məcbur etməyə çağırıb. “Apple” isə oğurluq hallarının qarşısının alınması üçün təhlükəsizlik funksiyalarının hazırlanmasında sektora liderlik etdiyini, “Samsung” isə müştərilərinin qorunması üçün təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdiyini açıqlayıb.
23:28 15.09.2026
Oxunuş sayı: 42