ABŞ İranın iki qayığını məhv edib
ABŞ ordusu İran sahilləri yaxınlığında pilotsuz suüstü gəmini ələ keçirməyə cəhd edən iki kiçik İran qayığını məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins İran qayıqlarının ABŞ-ə məxsus “Saildrone” pilotsuz gəmisini ələ keçirməyə çalışdığını, lakin ABŞ qüvvələrinin müdaxiləsindən sonra buna nail ola bilmədiklərini bildirib.
ABŞ tərəfi pilotsuz gəminin salamat qaldığını qeyd edib.
İran dövlət mediası isə bir gün əvvəl Hörmüzqan əyaləti sahillərində iki balıqçı qayığının hücuma məruz qaldığını və bir neçə balıqçının itkin düşdüyünü bildirib. Hadisə ABŞ və İran arasında altı aydan çoxdur davam edən qarşıdurma fonunda baş verib.
22:50 15.09.2026
Oxunuş sayı: 53