Ukrayna Donetskdə əks-hücuma keçib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şimalında hücuma başlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanı Andrey Biletski “Reuters”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, korpus Rusiya diversiya qruplarından 75 kvadratkilometr ərazini təmizləyib və daha 10 kvadratkilometr ərazini geri alıb.
18:27 15.09.2026
Oxunuş sayı: 46