Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Dünən Hörmüz boğazında hücuma məruz qalan neft tankeri Oman limanına aparılıb.
Crossmedia.az xəbər verir ki, tankerdə olan 23 nəfər xilas edilib, 2 nəfər isə hələ də itkin hesab olunur.
Qeyd edək ki, dünən SEPAH Hörmüz boğazında bir neft tankerinin dəniz minası ilə toqquşması və nəticədə yanğın baş verməsi barədə məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə SEPAH-ın iddiasını təkzib edib və tankerə İran tərəfindən raketlə hücum edildiyini bildirib.
17:42 15.09.2026
Oxunuş sayı: 40