Moskvaətrafında uşaqlara fərqli adlar verilir
Moskva vilayətində yeni doğulan uşaqlara daha qeyri-adi və tarixi adların verilməsi tendensiyası müşahidə olunur. Bu il Odyssey, Apollon və Yaropolk adlı uşaqlar dünyaya gəlib.
Crossmedia.az xəbər verir ki, TASS-a Moskva vilayəti Sosial İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son dövrlərdə türk seriallarının aktyorlarının adlarına da maraq artıb. Belə ki, uşaqlara getdikcə daha çox Neslihan və Burak adları verilir.
Bununla yanaşı, qız uşaqları arasında ən populyar adlar Sofiya, Anna, Vasilisa, Mariya və Eva olaraq qalır.
Oğlan uşaqları üçün isə ən çox seçilən adlar Mixail, Aleksandr, Artyom, Matvey və Timofeydir.
17:20 15.09.2026
Oxunuş sayı: 43