Yunanıstan Türkiyəyə 12 mil mesajı verdi
Yunanıstan xarici işlər nazirinin müavini Tassos Hadjivassiliou Türkiyə ilə bağlı açıqlamasında ölkəsinin ərazi sularını 12 dəniz milinə qədər genişləndirmək hüququna malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Hadjivassiliou bu fikirləri Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Meis adasına səfərini şərh edərkən səsləndirib.
O bildirib ki, Mitsotakisin Meisə səfəri Yunanıstanın ölkə ərazisinin hər bir nöqtəsini qətiyyətlə müdafiə etmək iradəsini nümayiş etdirir. Hadjivassiliou Meisin “uzaqlarda qalmış” ərazi olmadığını deyərək, Türkiyənin milli parklar vasitəsilə adanı əhatə etməyə çalışdığını iddia edib.
Yunanıstan rəsmisi ölkəsinin ərazi sularını 12 dəniz milinə qədər genişləndirmək hüququnun olduğunu və bununla bağlı əvvəlcədən açıqlama verməyəcəklərini söyləyib.
Hadjivassiliou həmçinin Türkiyə ilə “sakitlik siyasəti” sayəsində minlərlə türkün Yunanıstan adalarına səfər etdiyini və bunun nəticəsində ölkəsinin ordusunu modernləşdirə bildiyini iddia edib.
17:15 15.09.2026
Oxunuş sayı: 45