Kim Çen In Putinə dəstək vədi verdi
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə teleqram göndərərək Rusiyaya dəyişməz dəstəyini davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Şimali Koreya tərəfi bu barədə məlumat yayıb.
Kim Çen In teleqramında Şimali Koreya ilə Rusiya arasında etimad və həmrəyliyin möhkəmləndiyini qeyd edib.
O, Rusiyanın təhlükəsizlik maraqlarının və beynəlxalq ədalətin müdafiəsi uğrunda apardığı müharibədə qələbə qazanacağına əmin olduğunu bildirib.
Şimali Koreya lideri Putinə və Rusiya xalqına gələcək yolunda yalnız qələbə və şöhrət arzuladığını deyib.
10:25 15.09.2026
Oxunuş sayı: 45