CROSSMEDIA - Analitik İnformasiya Portalı

Xarici xəbərlər

01:30 08.07.2025

Fransada arı hücumu: 3-ü ağır olmaqla 24 nəfər yaralanıb

352

Fransanın Auriyak (Aurillac) şəhərində baş verən arı hücumu nəticəsində 24 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti kritik olaraq qiymətləndirilir. Hadisə ölkənin cənubundakı Kantal bölgəsində yerləşən bir otelin damında yerləşdirilmiş arı yeşiklərinin Asiya mənşəli eşşək arıları tərəfindən hücuma məruz qalması ilə başlayıb. Hücum nəticəsində damdakı arılar küçəyə axışaraq ətrafdakı insanlara hücum ediblər. Təxminən yarım saat davam edən hadisə zamanı əhaliyə arılar tərəfindən çoxsaylı sancma halları qeydə alınıb. Hadisə yerinə dərhal təcili yardım və yanğınsöndürən briqadaları cəlb olunub, ərazi polis tərəfindən mühasirəyə alınıb. Vəziyyəti ağır olan üç nəfər xəstəxanaya yerləşdirilib. Crossmedia.az Fransa mətbuatına istinadən xəbər verir ki, Auriyak şəhərinin meri Pyer Matoñye (Pierre Mathonier) France 3 kanalına verdiyi açıqlamada, otelin damına 10 ildən çox əvvəl qoyulmuş arı yeşiklərinin Asiya eşşək arıları tərəfindən təhdid olunmasının arıların aqressivləşməsinə səbəb ola biləcəyini bildirib. O, hadisə zamanı şəhərdə panika yaşanmadığını, təcili yardım xidmətlərinin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini və vəziyyətin nəzarət altına alındığını qeyd edib. “Metro”xəbər saytının məlumatına görə, hücuma məruz qalanlar arasında yaşlı bir qadın da olub. “Hôtel de Bordeaux” adlı otelin qarşısında baş verən hadisə zamanı həmin qadın 25 arı sancmasına məruz qalıb və ürəyi dayanıb. Hadisə yerinə gələn tibbi yardım briqadası qadını reanimasiya edərək həyata qaytara bilib. “FranceBleu”xəbər saytının yaydığı məlumatda isə, merin dediyinin əksinə olaraq, arı yeşiklərinin yaxın zamanda otelin damına yerləşdirildiyi bildirilib. Saytın məlumatına görə, Asiya eşşək arılarının damdakı arı yeşiklərinə hücumundan sonra adi bal arıları küçəyə axışaraq insanlara hücum ediblər. Polis sözçüsü verdiyi açıqlamada, “Arıların uçuşu dayandı. Vəziyyət nəzarət altındadır”,– deyə bildirib. Mer Pyer Matoñye həmçinin, 78 yaşlı bir şəxsin arılar tərəfindən 25 dəfə sancıldığını təsdiqləyib. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR