Kobaxidze: Gürcüstan süni şəkildə yaradılan nifrətə qarşı mübarizə aparacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin ölkədə "süni şəkildə yaradılan nifrət və aqressiya"nın aradan qaldırılması üçün bütün imkanlardan istifadə edəcəyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazirin bu prosesin cəmiyyətdə sağlam münasibətlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıyacağını qeyd edib.
“Uzun illər ərzində, ilk növbədə xarici maliyyələşmə vasitəsilə bizə nifrət etməyi və aqressiv davranmağı aşılayıblar. Bu, sona çatmalıdır. Belə bir yanaşma bizim mədəniyyətimiz üçün qəbuledilməzdir”, – deyə Kobaxidze bildirib.
O əlavə edib ki, bu baxımdan nifrət nitqinə qarşı mübarizə aparan qurumun fəaliyyətinə xüsusi önəm verilir və gələcəkdə onun işinə nəzarət daha da gücləndiriləcək.
14:21 30.06.2026
Oxunuş sayı: 47