Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq - Bu tarixlərdə
2026-cı ilin son aylarında Azərbaycanda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.
Crossmedia.az xəbər verir ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.
Noyabr ayında isə ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr – Dövlət Bayrağı Günü kimi qeyd olunur. Noyabrın 10-u da qeyri-iş günü olduğundan həmin ayın 8, 9 və 10-u ardıcıl olaraq istirahət günlərinə təsadüf edəcək.
Beləliklə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.
Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar 9, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 5 gün istirahət edəcəklər.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix də qeyri-iş günü hesab olunur.
Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqviminə əsasən müəyyənləşdirilib.
20:44 28.09.2026
Oxunuş sayı: 43