BDU-nun prorektoru vəzifəsindən azad edilib
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.
Crossmedia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.
Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı.
F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı olub.(Ölkə.az)
20:32 20.11.2026
Oxunuş sayı: 141