Kaliforniyada yeraltı təkanlar: Zəlzələnin gücü açıqlanıb
ABŞ-nin Kaliforniya ştatının cənubunda, Los-Anceles şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:25-də qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesin ətrafında yerləşən Kommers şəhərindən təxminən bir kilometr şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 15,5 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, noyabrın 6-da Yaponiyanın Xonsyu adasının şərq sahillərində Sakit okeanda 6,1 bal gücündə zəlzələ baş vermişdi.
23:11 20.11.2026
Oxunuş sayı: 106