ABŞ-də edam statistikası: Florida digər ştatları geridə qoyub
ABŞ-nin Florida ştatında 2026-cı ilin əvvəlindən bəri 20 nəfərin edam edildiyi qeydə alınıb. Bu, ştat tarixində rekord göstəricidir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.
Sonuncu edam edilən şəxs 1991-ci ildə ər-arvadı öldürməkdə təqsirli bilinən 71 yaşlı Tomas Mitçell Overton olub. O, son ana qədər günahını inkar edib.
Məlumata görə, Florida 2025-ci ildə qeydə alınan 19 edamlıq rekordu da geridə qoyub. Ştatda bu statistika 1976-cı ildən aparılır.
ABŞ-də edam sayına görə ikinci yerdə Texas qərarlaşıb. Bu ştatda cari ildə 9 nəfər edam edilib. Florida ştatında isə dekabrın sonunadək daha azı iki edamın həyata keçirilə biləcəyi gözlənilir.
22:43 20.11.2026
Oxunuş sayı: 78