Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb
Ağdam Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub.
Crossmedia.az xəbər verir ki, 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb.
Gün ərzində davam edən tədbirlərin sonunda Ağdam Muğam Mərkəzinin qarşısında təşkil olunan atəşfəşanlıq şəhər səmasını al-əlvan rənglərə boyayıb, sakinlərin bayram sevincini daha da artırıb.(Report)
21:30 20.11.2026
Oxunuş sayı: 101